Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinərək tutulan Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev 9 dəfə məhkum olunub. O, ümumilikdə ömrünün 25 ilini həbsdə yatıb.
Onu tanıyanlardan və onun əməllərindən zərər çəkən vətəndaşlardan bu barədə polisə məlumat vermələri xahiş olunur.
***
11.35
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.
Onun üzərinə baxış keçirilən zaman 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.