Tayvanda Azərbaycan mətbəxi günü keçirilib

Tayvanda Azərbaycan mətbəxi günü keçirilib
# 09 avqust 2016 12:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tayvanda keçirilən “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival” çərçivəsində Azərbaycan mətbəxi günü keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumatına görə, festivalda Azərbaycanı 11 saylı on bir illik musiqi məktəbi və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edir.

Festivalın iştirakçıları və qonaqlar Azərbaycan xalqının kulinariya mədəniyyəti ilə yaxından tanış olublar. Qonaqlara “Plov”, “Düşbərə” və “Çoban salatı" təqdim edilib.

Qeyd edək ki, festival avqustun 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR