Lənkəranda iki avtomobil toqquşub

Lənkəranda iki avtomobil toqquşub
# 29 fevral 2016 13:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 29-da saat 16.00 radələrində Lənkəran-Boradigah yolunun rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəranın Kərgəlan kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Akif oğlu Rzayevin idarə etdiyi VAZ-2107 markalı, 42 BG 077 dövlət nömrə nişanlı minik avtomobili rayonun Horavenc kənd sakini, 1989-cu il təvəllüdlü Şahid İlyas oğlu Quliyevin idarə etdiyi eyni markalı, 42 BM 992 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR