Şəmkir rayon sakini Daşkəsəndə döyülüb

Şəmkir rayon sakini Daşkəsəndə döyülüb
# 12 iyun 2016 10:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Şəmkir rayon sakini döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon Abbasli kənd sakini 1982-ci il təvəllüdlü Rabit Abbasov bədənin müxtəlif nahiyələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

R. Abbasova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, R. Abbasov Daşkəsənin Ağdaş yaylağında qoyun otaran zaman onun ərazisinə daxil olan başqa bir Şəmkir rayon sakini ilə mübahisə edib və döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR