Rusiya Federasiya Şurası Xəzərin bioloji resurslarının qorunması ilə bağlı sazişi ratifikasiya edib

Rusiya Federasiya Şurası Xəzərin bioloji resurslarının qorunması ilə bağlı sazişi ratifikasiya edib
# 18 noyabr 2015 13:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiya Şurası “Xəzər dənizinin bioloji su resurslarının qorunması və rasional istifadəsi barədə” razılaşmanı ratifikasiya edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, razılaşmaya əsasən Xəzər dənizinin su resursları ilə bağlı hökumətlərarası komissiya birgə su resurslarının qorunması, təkrar istehsalı və rasional istifadəsini koordinasiya edəcək. Bundan başqa, komissiya illik olaraq ölkələrin su resurslarını ovlaması üçün kvotalar və meyarları müəyyənləşdirəcək.

Sənəd 2014-cü ilin sentyabrında Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən Həştərxan görüşündə imzalanıb.

Xatırladaq ki, daha əvvəl noyabrın 10-da Rusiya Dövlət Duması sənədi ratifikasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR