Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 4%-ə yaxın azalıb

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 4%-ə yaxın azalıb
# 12 noyabr 2015 09:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin oktyabr ayında Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 535 ailə və ya 4%-ə yaxın azalaraq 112 385-ə enib. Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486 078 nəfər olmaqla, 5,1% (26 268 nəfər) azalıb.

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economcis”ə verilən məlumata görə, ƏƏSMN tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının icrasında şəffaflığın təmin olunması istiqamətində son illərdə həyata keçirilən tədbirlər bu dövlət yardımlarının ünvanlılıq prinsipi əsasında məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsinə xidmət edir. Bu istiqamətdə görülən işlər ünvanlı dövlət sosial yardımın orta aylıq məbləğinin isə artmasına gətirib çıxarıb. Belə ki, 1 noyabr olan statistikaya əsasən, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği isə ötən ilin oktyabr ayı ilə müqayisədə 17 %-dək artaraq, 153,63 manata çatıb.

Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5%-ni, yəni 231 179 nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir ki, onlardan 1 yaşadək olan 5 561 nəfər uşağın hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir. Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2%-i və ya 31 727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.

Nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin çevik və mükəmməl proqram təminatı əsasında avtomatlaşdırılmış infrastrukturu hazırlanıb. Bu yeni sistem ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin edilməsi, bu müraciətlərə baxılması, yardım təyin olunub-olunmaması barədə qərar qəbulu və bu barədə vətəndaşa məlumat verilməsi prosesinin tam avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə səbəb olacaq.

Fərmana əsasən, hazırda aidiyyəti dövlət orqanları tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərinin və ehtiyatlarının özlərinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının siyahısına əlavə edilməsi işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR