ABŞ Rusiyaya qarşı sanksiyaları uzada bilər

ABŞ Rusiyaya qarşı sanksiyaları uzada bilər
# 03 noyabr 2015 23:29 (UTC +04:00)

Bakı-APA. Minsk razılaşmaları yerinə yetirilmədiyi təqdirdə, ABŞ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Bencamin Ziff bəyan edib.

“Rusiya Minsk razılaşmalarını yerinə yetirməsə 2016-cı ilin əvvəlində sanksiyalar növbəti müddətədək uzadılacaq”, deyə B.Ziff bildirib.

Belarusun paytaxtı Minskdə Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən fevralda imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR