Dünya çempionatında daha bir sensasiya qeydə alınıb

Dünya çempionatında daha bir sensasiya qeydə alınıb
# 23 sentyabr 2016 07:17 (UTC +04:00)

Bakı – APA. Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 finala son vəsiqələri Azərbaycan, Argentina və Misir qazanıb.

Yığmamız Tailandı əlavə vaxtda 13:8 hesabı ilə məğlub edib. Argentina isə Ukraynanı futzal üçün qeyri-adi hesabla üstələyib. Belə ki, qarşılaşmada cəmi 1 qol vurulub.

Çempionatın növbəti sensasiyası isə İtaliya – Misir görüşündə qeydə alınıb. Afrika təmsilçisi gözlənilmədən 4:3 hesabı ilə qalib gələrək, iddialı appeninliləri mübarizədən kənarlaşdırıb. Bu, beşqat dünya çempionu Braziliyanın İrana uduzmasından sonra 2-ci böyük sensasiya olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sentyabrın 24-25-də keçiriləcək.

Futzal üzrə dünya çempionatı

1/8 final

22 sentyabr

Argentina – Ukrayna – 1:0

Tailand – Azərbaycan – 8:13

İtaliya – Misir – 3:4

1/4 final

24 sentyabr

00:30. Paraqvay - İran

03:00. Rusiya - İspaniya

25 sentyabr

00:30. Argentina - Misir

03:00. Azərbaycan - Portuqaliya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR