Bələdiyyənin şirkətə qarşı şikayəti təmin edilib

Bələdiyyənin şirkətə qarşı şikayəti təmin edilib
# 09 aprel 2016 08:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Binəqədi qəsəbə Bələdiyyəsinin “Binagadi Oil Company” şirkətinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə bələdiyyənin şikayətini təmin edib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, iddia qeyri-mümkün hesab edilib.

Qeyd edək ki, şirkət bələdiyyə tərəfindən İbrahim Həsənov adlı şəxsin adına verilmiş sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərardan bələdiyyə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR