Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək - VİDEO

Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 09:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında noyabrın 11-də bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 11-də yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR