Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Oktyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Oktyabr - <span style="color: red;">VİDEO
# 10 oktyabr 2015 17:02 (UTC +04:00)

Neftin qiymətinin aşağı salınması Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ən təsiredici metod idi. Məqsədin Rusiyanı çökdürmək, onun iqtisadiyyatını kəskin zəiflətmək və asılı vəziyyətə salmaq olduğu sirr deyil. Bu planın Rusiyaya təsir etmədiyini deyə bilmərik, ölkənin iqtisadiyyatında doğrudan da xeyli böhran yaşandı. Rublun sürətlə dəyərdən düşməsi buna misaldır.

Amma az müddət öncə neftin qiymətində yenidən stabillik yarandığı hiss olunmağa başladı. Və bu, Moskvanın yenidən əl-qol açmasına rəvac verdi. Rusiyanın gözlənilmədən Suriyaya girməsi Qərblə yanaşı, onun regiondakı müttəfiqlərinin - həm də dünyanın ən çox neft hasilatçıları olan sünni ərəb dövlətlərinin marağına qətiyyən uyğun deyil. Çünki məsələnin iqtisadi tərəflərindən başqa, siyasi tərəfləri də var.

Moskva ilə Tehran birliyinin hərbi sahədə daha da möhkəmlənməsi və Suriyada eyni maraqlardan çıxış etmələri başda Səudiyyə Ərəbistanı olmaqla digər sünni ərəb dövlətlərini narahatlıq doğurmaya bilməz. ABŞ-ın 40 ildən sonra neft ixracına qoyduğu qadağanı ləğv edəcəyinin siqnallarını verməsi isə "qara qızıl"ın yenə ucuzlaşacağını proqnozlaşdırmağa imkan verir. Bunda da əsas məqsəd Rusiyaya növbəti dəfə zərbə vurmaqdır.

Vaşinqtonun bu qərarının daha effektiv olması və İran təhlükəsinin sıfıra endirilməsi naminə iqtisadi maraqlarına uyğun gəlməsə belə bölgədəki müttəfiqlərinin də bu addıma dəstək verəcəyi şübhə doğurmur. Bir sözlə, ABŞ Rusiyaya əlində daha bir təsiredici silahın varlığını başa salmaq istəyir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR