Türkiyədən Azərbaycana aviareyslər təxirə salınıb

Türkiyədən Azərbaycana aviareyslər təxirə salınıb
# 30 dekabr 2015 06:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Dekabrın 31-də Türkiyədən Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

APA-Economcs”in Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb dekabrın 30-31-də İstanbulda gözlənilən qarlı hava şəraitidir.

Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 142 uçuşunu müvəqqəti dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR