DGK İranla Azərbaycan arasındakı neytral zonada vətəndaşın ölümü ilə bağlı məlumat yayıb

DGK İranla Azərbaycan arasındakı neytral zonada vətəndaşın ölümü ilə bağlı məlumat yayıb
# 04 mart 2016 21:58 (UTC +04:00)

Bakı-APA. “Martın 4-də İran ilə Azərbaycan arasındakı neytral ərazidə Azərbaycan vətəndaşı Qasımov Elşən Məmmədhəsən oğlu səhhətində yaranan problemlə əlaqədar dünyasını dəyişib. Bəzi kütləvi informasiya vasitələrində isə Elşən Qasımovun ölümünə guya Biləsuvar Gömrük İdarəsinin ərazidəki gömrük keçid məntəqəsində yaranan sıxlığın səbəb olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb”. APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

DGK qeyd edir ki, martın 4-də sözügedən gömrük keçid məntəqəsində ümumiyyətlə sıxlıq müşahidə olunmayıb və bədbəxt hadisə də məntəqənin ərazisində deyil neytral zonada baş verib. “Belə ki, piyada yolla İran İslam Respublikasından Azərbaycana gələn Biləsuvar rayon Abazovka kənd sakini 52 yaşlı Qasımov Elşən Məmmədhəsən oğlunun səhhəti iki ölkə arasındakı neytral zonada qəfil pisləşib. Gömrük keçid məntəqəsinin əməkdaşları dərhal əraziyə təcili tibbi yardım briqadası çağırsa da Elşən Qasımovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanları müvafiq araşdırmalar aparır və olümün səbəbi də araşdırmalardan sonra məlum olacaq”, deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR