Yeznəsini öldürən şəxsə 18 illik həbs cəzası verilib

Yeznəsini öldürən şəxsə 18 illik həbs cəzası verilib
# 06 oktyabr 2016 08:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Z. Əzizov 18 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Z. Əzizov bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla aralarında borc üstündə yaranmış münaqişə nəticəsində onu bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR