ABŞ-da ehtiyatların azalmasına baxmayaraq neft ucuzlaşıb

ABŞ-da ehtiyatların azalmasına baxmayaraq neft ucuzlaşıb
# 08 oktyabr 2016 07:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,63 dollar azalaraq 49,81 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 51,93 dollar olub.

Maraqlıdır ki, ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatlarının azalması ilə bağlı məlumatı da neftin ucuzlaşmasının qarşısını ala bilməyib. Belə ki, sentyabrın 30-na olan məlumata görə, ABŞ-da neft ehtiyatları gözlənilmədən 3 mln. barel və ya 0,6% azalaraq 499,7 mln. barelə düşüb. Halbuki, analitiklər 2,56 mln. barel həcmində artım proqnozlaşdırmışdı. Bununla da, artıq 5-ci həftədir ki, ABŞ-da neft ehtiyatları azalır. Qeyd edək ki, həftə ərzində bu ölkədə gündəlik neft istehsalı 0,35% və ya 30 min barel azalaraq 8,467 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR