Dənizkənarı Milli Parkda Novruz bayramı şənliyinin keçiriləcəyi vaxt açıqlanıb

Dənizkənarı Milli Parkda Novruz bayramı şənliyinin keçiriləcəyi vaxt açıqlanıb
# 03 mart 2016 12:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Novruz bayramı ilə əlaqədar martın 19-da Dənizkənarı Milli Parkda bayram şənliyi keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya verilən xəbərə görə, bayram şənlikləri həmin gün saat 10.00-dan gecə yarısınadək davam edəcək.

Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq bayram tədbirində Azərbaycan mətbəxi təqdim olunacaq, Novruzun bütün siması nümayiş ediləcək, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcək. Bayram günlərində bulvara gələn insanlarının sayının artdığını deyən rəis müavini qeyd edib ki, həmin zamanda idarə gücləndirilmiş iş rejimində çalışacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR