Deputat Novruz Aslanov İsmayıllıda olub

Deputat Novruz Aslanov İsmayıllıda olub
# 08 aprel 2016 08:31 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov aprelin 7-də seçicilərin problemləri ilə maraqlanmaq məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, millət vəkilinin İsmayıllı şəhərində yerləşən qərargahına gələn sakinlərin hər biri ilə görüşən Novruz Aslanov onların problemləri ilə yaxından tanış olub, onları dinləyib və həlli istiqamətində tövsiyələrini verib. Bəzi məsələlərin həlli üçün əlaqədar strukturlara müraciətlər edilib. Şəxsi məişət problemləri olan sakinlərə müvafiq yardımlar göstərilib.

Hər qəbulda olduğu kimi bu dəfə də qəbula gələn sakinlərə ərzaq yardımları paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR