Peruda prezident seçkilərinin ikinci turu başlayıb

Peruda prezident seçkilərinin ikinci turu başlayıb
# 05 iyun 2016 15:47 (UTC +04:00)

Bakı-APA. Bu gün Peruda prezident seçkilərinin ikinci turuna start verilib.

APA-nın RİA Novosti agentliyinə istinadn verdiyi məlumata görə, prezident postu uğrunda həbs cəzasına məhkum edilmiş sabiq prezident Alberto Fuxumorinin qızı, sağ-mərkəzçi Keyko Fuxumori və texnokrat, sabiq baş nazir və sabiq iqtisadiyyat naziri Pedro Kuçinski mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 8.00-da (Bakı vaxtı ilə 17.00) açılıb. Seçici siyahısında 23 milyon nəfərin adı var.

Qeyd edək ki, aprelin 10-da keçirilən seçkinin birinci turunda qalib müəyyənləşməyib. K. Fuxumori 40 faiz səs toplayıb və qalibiyyət üçün vacib olan 50 faiz səs baryerini keçə bilməyib. P. Kuçinski isə 21 faiz səslə ikinci yerdə qərarlaşıb. Müşahidəçilər son rəy sorğularına əsasən K. Fuxumori və P. Kuçinskinin qələbə şanslarının bərabərləşdiyini, K. Fuxumorinin az fərqlə öndə olduğunu bildirirlər. Ona görə də hazırda seçkinin qalibinin kim olacağını heç Kim dəqiq proqnozlaşdıra bilmir. Seçkilərdən bir neçə gün əvvəl ilk turda üçüncü yerdə qərarlaşmış Veronika Mendosa öz tərəfdarlarını K. Fuxumorinin əleyhinə səs verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR