Qızıl 2 dollaradək ucuzlaşıb

Qızıl 2 dollaradək ucuzlaşıb
# 27 oktyabr 2015 06:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,13% - 17 623,05 bəndədək, S&P 500 0,19% - 2 071,18 bəndədək azalıb, NASDAQ 0,06% - 5 034,70 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,42% - 6 417,02 bəndədək, Fransa CAC-40-ı 0,54% - 4 897,13 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı isə 0,06% - 10 801,34 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 1,80 dollar azalaraq 1 164,40 dollara, gümüş isə 0,05 dollar azalaraq 15,85 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR