İmişlidə bıçaqlanma hadisəsi baş verib

İmişlidə bıçaqlanma hadisəsi baş verib
# 03 noyabr 2015 11:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Xəqani Qənbərli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Şakir Babayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR