Bakıda avtobusdan yıxılan qadın ölüb

Bakıda avtobusdan yıxılan qadın ölüb
# 29 iyul 2016 10:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 8 gün əvvəl avtobusdan yıxılan qadın ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun idarə etdiyi 104 saylı “İsuzu” markalı avtobusdan yıxılıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR