Uqanda milli komandasının qapıçısı xərçəngdən vəfat edib

Uqanda milli komandasının qapıçısı xərçəngdən vəfat edib
# 27 mart 2016 18:47 (UTC +04:00)

Bakı-APA. Uqanda milli komandasının qapıçısı Abel Daiyra vəfat edib.

Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, buna səbəb uzun müddətdi davam edən xərçəng xəstəliyi olub.

Bu ilin yanvar ayında klubu tərəfindən İslandiyaya müalicəyə göndərilən 28 yaşlı futbolçu xəstəliklə apardığı mübarizədə məğlub olub.

Qeyd edək ki, Daiyra Uqanda Premyer Liqasında çıxış edən İBV klubunun şərəfini qoruyurdu. O, milli komanda ilə 11 qarşılaşmada meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR