Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olub

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olub
# 08 avqust 2016 09:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, Bakıda iqlim normasından yüksək temperatur qeydə alınıb.

G. Məmmədova qeyd edib ki, paytaxtda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.

Qeyd edək ki, isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR