Körpələr evi və uşaq bağçası qarət edilib

Körpələr evi və uşaq bağçası qarət edilib
# 07 iyul 2016 09:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda körpələr evi və uşaq bağçası qarət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu ərazisindəki "Körpələr evi"ndə və uşaq bağçasında baş verib. Hər iki müəssisəsyə pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR