Azərbaycanda bir gündə 4 nəfəri maşın vuraraq öldürüb

Azərbaycanda bir gündə 4 nəfəri maşın vuraraq öldürüb
# 15 oktyabr 2015 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir gündə 4 nəfəri maşın vurub.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Xızı rayonunun Sitalçay kəndində Salyan rayon sakini Kamil Əliyev idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən Quba rayon sakini Nəsrullah İbrahimovu vurub. Nəticədə N.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.

Digər hadisə həmin gün Şəmkir rayonunun Zəyəm qəsəbəsində qeydə alınıb. Rayon sakini Cahan Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Nadejda Həsənovanı vuraraq öldürüb.

Bundan başqa, Cəlilabad rayonunun Göytəpə şəhərində şəhər sakini Şahin Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Abbas Novruzovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Ağcabədi şəhərində isə orta məktəb müəlliməsi Lyüdmila Məmmədovanı traktor vuraraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR