BVF: ABŞ-da hər 7 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

BVF: ABŞ-da hər 7 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
# 23 iyun 2016 05:31 (UTC +04:00)

Bakı-APA. ABŞ-da hər 7 nəfərdən biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun illik hesabatında deyilir.

“ABŞ yoxsulluq problemini həll etmək üçün təxirəsalınmaz addımlar atmalıdır”, sənəddə vurğulanır.

BVF rəsmi Vaşinqtonu minimum əmək haqqını qaldırmaq və qadınları iş yerlərinə cəlb etmək üçün ödənişli analıq məzuniyyəti verməyə çağırıb. Eyni zamanda, fondun ekspertləri ABŞ hökumətini təhsil və sosial yönümlü proqramlara yatırım etməyə tövsiyə ediblər.

BVF ABŞ iqtisadiyyatının 2016-cı il üçün inkişaf proqnozunu 2,2%-dək azaldıb. Bundan əvvəl ekspertlər ABŞ iqtisadiyyatının 2,4% artacağını proqnozlaşdırırdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR