Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
# 12 avqust 2016 14:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddi 42 vahid müəyyən edilib.

Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli fərmanı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR