Azərbaycan və Rusiya bir neçə dəmir yol marşrutu üzrə rəqabətədavamlı tariflər üzrə razılığa gəlib

Azərbaycan və Rusiya bir neçə dəmir yol marşrutu üzrə rəqabətədavamlı tariflər üzrə razılığa gəlib
# 11 fevral 2016 12:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Rusiya Federasiyasının Moskva şəhərində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən APA-ya verilən məlumata görə, tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq baş tutub.

Yığıncaqda Rusiya - Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin nümayəndə heyətinin üzvləri, Azərbaycan, həmçinin Hindistan (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan (Astara-Yalama), Rusiya (Samur-Moskva), Hindistan (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Sankt Peterburq), Hindistan (Cəvahirrləl Nehru limanı (Nava-Şeva)-İran (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Buslovskaya) - Finlandiya (Helsinki), İran (Tehran-Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Moskva) marşrutları üzrə yük daşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəliblər. 2016-cı il mart ayının sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir.

Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR