Lənkəran rayon sakini dənizdə boğulub

Lənkəran rayon sakini dənizdə boğulub
# 07 avqust 2016 15:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda boğulma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.30 radələrində rayonun Vel kəndi ərazisində qeydə alınıb.

Rayonun Moloja kənd sakini, 24 yaşlı Əlövsət İntiqam oğlu Səttarov Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub. Boğulan şəxsin meyiti ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR