Qəbələdə 44 yaşlı kişi meşədə özünü asıb

Qəbələdə 44 yaşlı kişi meşədə özünü asıb
# 07 aprel 2016 08:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qəbələ rayonunda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Tola kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev kənd ərazisindəki meşə zolağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR