Azərbaycanda fəaliyyət göstərən bir neçə regional telekanalın adı dəyişdirilib

Azərbaycanda fəaliyyət göstərən bir neçə regional telekanalın adı dəyişdirilib
# 19 sentyabr 2016 09:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda fəaliyyət göstərən bir neçə regional telekanalların adı dəyişdirilib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, müxtəlif tarixlərdə adın (çağırış siqnalının) dəyişdirilməsi ilə bağlı regional telekanalların rəhbərlikləri tərəfindən Şuraya müraciətlər daxil olub.

Sentyabrın 19-dan “Region tv”-nin “ARB tv”, Gəncədə yayımlanan “Alternativ” tv-nin “ARB Ulduz”, “Kanal-S”-in “ARB Şəki”, “Kəpəz”-in “ARB Kəpəz” və “Günəş” tv-nin “ARB Günəş” adı ilə yayımlanmasına razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR