"Günay Bank" istehlak kreditləşməsini ikiqat artırıb

"Günay Bank" istehlak kreditləşməsini ikiqat artırıb
# 29 yanvar 2016 07:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2016-cı il yanvarın 1-ə 95,904 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,5% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 88,8% azalaraq 10,009 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 442,07 min manat təşkil edib ki, bu da, 2,2 dəfə artım deməkdir.

2015-ci ilin yanvar-dekabr ayları ərzində bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 9,8% artaraq 2,219 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövründə 20,264 mln. manata çatıb ki, bu da 67,23% artım deməkdir. Əhalinin əmanətlərinin həcmi isə 2,9 dəfə artaraq 19,105 mln. manata bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 5,6% azalaraq 60,599 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 64,910 mln. manat təşkil edib.

Ümumilikdə, ötən il ərzində “Günay Bank” 5 mln. 295,95 min manat zərərlə işləyib.

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR