Avtomobil İmişli sakinini vuraraq öldürüb

Avtomobil İmişli sakinini vuraraq öldürüb
# 07 avqust 2016 06:31 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Əsgər Aslan oğlu Həsənov kənd ərazisində yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. O, yerindəcə ölüb.

Piyadanı vuran sürücü hadisə yerində qaçıb.

Hazırda sürücünün axtarışları istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR