Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertfikasiya zamanı siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilib

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertfikasiya zamanı siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilib
# 04 may 2016 22:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) sualların verilməsi ilə əlaqədardır.

Dəyişikliyə əsasən sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR