Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir

Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir
# 27 oktyabr 2015 14:32 (UTC +04:00)

Bakı - APA. 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü Şirvan şəhəri, H.Z.Tağıyev küçəsinin sakinləri ilə keçirib.

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, Şirvan şəhərində əhalini narahat edən məsələlərin həlli istiqamətində aparacağı işlərin mahiyyətindən danışan namizəd həmin məsələlərin seçki platformasında əks olunduğunu bildirib.

Sakinlər R. Cəbrayılovun deputat fəaliyyətini yüksək qiymətləndirərək, şirvanlı ziyalının böyüdüyü Şirvan şəhərindən deputatlığa namizəd olmasına çox sevindiklərini bildiriblər. Sakinlər tərəfindən məhəllənin daxili yollarının təmiri məsələsi qaldırılıb.

Sakinləri diqqətlə dinləyən R. Cəbrayılov deputat seçiləcəyi halda mövcud problemin həlli istiqamətində səlahiyyətlər çərçivəsində köməklik göstərəcəyini bildirib.

Sakinlər R. Cəbrayılova səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR