Serbiya prezidenti Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib

Serbiya prezidenti Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib
# 17 avqust 2016 05:42 (UTC +04:00)

Bakıl-APA. Serbiya prezidenti Tomislav Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı bildirib ki, hətta Aİ-nin ümumi xarici siyasəti tələb etsə belə, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Biz Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilmərik. Biz Rusiyaya da, ABŞ-a da bağlıyıq, bu ölkələrdə çoxsaylı serb icması yaşayır”, - deyə Nikoliç bildirib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cozef Bayden avqustun 15-dən 17-dək Serbiya və qondarma Kosovo respublikasında səfərdədir. Məlumata görə, Bayden-Nikoliç görüşü qapalı şəraitdə keçirilib. Mətbuat xidmətinin məlumatına əsasən, Bayden Vaşinqtonun Belqradın ABŞ və Rusiya arasında seçim edəcəyini gözləmədiyini və Serbiyanı avrointeqrasiya yolunda dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR