Bakıda 9-cu mərtəbədən liftin şaxtasına düşən qız sağ qalıb

Bakıda 9-cu mərtəbədən liftin şaxtasına düşən qız sağ qalıb
# 18 dekabr 2015 11:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 9-cu mərtəbədən şaxtaya yıxılan qız sağ qalıb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasında qeydə alınıb. 1998-ci il təvəllüdlü Esmira İlqar qızı Əhmədova 9-cu mərtəbədən şaxtaya düşüb.

Nəticədə o, aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR