Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb

Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb
# 27 sentyabr 2016 19:32 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR