Maşallah Əhmədov apellyasiya şikayəti verib

Maşallah Əhmədov apellyasiya şikayəti verib
# 19 dekabr 2015 08:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan futbolçu Maşallah Əhmədov barəsində məhkəmə qərarından apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, M. Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət edilib. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR