Xəzərin Türkmənistan sektorunda tapılan neftçilərin meyitləri yaxın zamanlarda Azərbaycana gətiriləcək - YENİLƏNİB

Xəzərin Türkmənistan sektorunda tapılan neftçilərin meyitləri yaxın zamanlarda Azərbaycana gətiriləcək - <span style="color: red;">YENİLƏNİB
# 04 yanvar 2016 12:40 (UTC +04:00)

Meyitlər Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, istintaq qrupu FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi ilə meyitlərin tanınması və respublikaya gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşüb. İstintaq qrupunun üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri meyitlərə baxış keçiriblər. Məlum olub ki, bunlar 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilər - Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğludur. Onların meyitləri yaxın zamanda respublikaya gətiriləcək.

*** 13.55

Bakı - APA. Xəzər dənizinin Türkmənistan sektorunda meyitləri tapılan neftçilərin kimliyi müəyyən olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir:

“Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb”.

Qeyd olunub ki, orada olan SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR