DSMF yanvar üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb

DSMF yanvar üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb
# 11 yanvar 2016 09:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülməsi artıq başa çatdırılıb. Yanvar ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 mln. 295 min 900 nəfərdir. Onların 60,1%-ni yaşa görə, 28,9%-ni əlilliyə görə, 11,%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR