İstanbulda hava limanında baş verən partlayışın terror olduğu ehtimal edilir - YENİLƏNİB

İstanbulda hava limanında baş verən partlayışın terror olduğu ehtimal edilir - <span style="color: red;">YENİLƏNİB
# 23 dekabr 2015 11:23 (UTC +04:00)

Bakı-APA. İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alan xadimələrdən biri ölüb. APA-nın yerli mətbuata istinadən xəbərinə görə, başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

Partlayışın səbəbi tam dəqiqləşdirilməsə də, artıq hadisənin qəsdən törədildiyinə dair dəlillər aşkarlanıb. İlkin ehtimala görə, hava limanına kənardan müdaxilə edilib. Aeroportda bir-birindən yüz metrlərlə uzaqda olan 3 təyyarədə partlayışın izlərinə rast gəlinib. Bu da hadisənin terror olduğu şübhəsini artırır.

***

09.07

Bakı-APA. İstanbul şəhərindəki Sabiha Gökçen Hava Limanında partlayış baş verib, iki nəfər xəsarət alıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu gün yerli vaxtla saat 02.05-də “Pegasus” şirkətinə məxsus təyyarədə baş verən partlayışın səbəbi hələlik məlum deyil. Şirkətin yaydığı məlumatda hadisə zamanı təyyarədə insan olmadığı qeyd edilib. Xəsarət alan iki nəfər yaxınlıqdakı şirkətə məxsus başqa təyyarədə olub.

Hava limanından bildirilib ki, hadisə aeroportun fəaliyyətində problem yaratmayıb, digər təyyarələrin reysləri vaxtında həyata keçirilib.

İstanbul valisi Vasip Şahin faktla bağlı araşdırmaların davam etdirildiyini bildirib.

Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Hava limanına gələn bütün yollarda nəzarət gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR