Bakıda bıçaqlanma hadisələri baş verib

Bakıda bıçaqlanma hadisələri baş verib
# 28 dekabr 2015 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda bıçaqlanma hadisələri baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 27-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini Zaur Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Orxan Əhədov tutulub.

Dekabrın 27-də Suraxanı rayonunun Əmircan qəsəbəsində qəsəbə sakini Sadir Əsgərov münaqişə zəminində həmyerlisi Asiman İbrahimzadəyə bıçaqla xəsarət yetirib. Suraxanı rayon 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR