Bakıda "İşğala və qondarma erməni soyqırımı" iddialarına qarşı Beynəlxalq Qarabağ Koalisiyası yaradılıb

Bakıda "İşğala və qondarma erməni soyqırımı" iddialarına qarşı Beynəlxalq Qarabağ Koalisiyası yaradılıb
# 29 dekabr 2015 09:38 (UTC +04:00)

APA-nın məlumatına görə, QAT sədri Akif Nağı bildirib ki, koalisiyanın yaradılmasında əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətləri bütün dünyaya çatdırmaqdır.

Onun sözlərinə görə, koalisiya öz fəaliyyətində Qarabağ münaqişəsi ilə yanaşı, türk dünyasının üzləşdiyi problemlərin həlli məsələsini önə çəkəcək: "Biz eyni zamanda "erməni soyqırımı" iddialarını ifşa etməyi qarşıya məqsəd qoymuşuq. Digər məqsəd isə türklərə qarşı terror hadisələrinin aradan qaldırılmasına xidmət göstərməkdir. Artıq vaxt çatıb ki, haqqı deyən təşkilatlar ayrılıqda deyil, bir yerdə mübarizə aparsınlar".

ASİMDER başqanı Göksəl Gülbəy isə türklərin Qarabağ məsələsində olduğu kimi beynəlxalq güclər tərəfindən bir çox məsələlərdə əzildiyini, hüquqlarının tapdalandığını vurğulayıb: "Bundan sonra biz bu mövzuya həssas yanaşmalı və türklərin hüquqlarını bərpa etməliyik. Təsadüfi deyil ki, hazırda erməni lobbisi bizi dünya mediasında sıxışdırır. Biz birlikdə hərəkət etməli, ölkələrimizin gələcəyi üçün bu işə zaman ayırmalıyıq".

Prezident Adminstrasiyası İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Elman Paşayev koalisiyanın yaradılmasını çox mühüm addım kimi qiymətləndirib: "Qarabağla bağlı problemin kökündə ermənilərin əsassız iddiaları dayanır və təəssüf ki, bu iddialar bu gün də davam edir. Bu baxımdan hesab edirəm ki, koalisiya əsassız erməni iddialarının ifşası istiqamətində mühüm fəaliyyət göstərəcək".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR