Türkiyədə telekanalda yanğın olub, 4 nəfər yaralanıb

Türkiyədə telekanalda yanğın olub, 4 nəfər yaralanıb
# 18 dekabr 2015 15:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Kanal G televiziyasının zirzəmisində yanğın hadisəsi baş verib.

APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, yanğın vaxtı 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Kanal G televiziyasındakı yanğının hansı səbəblərdən baş verdiyi məlum deyil.

Mətbuatın yazdığına görə, yanğından əvvəl partlayış səsi eşidilib və bundan sonra yanğın başlayıb.

Qeyd edək ki, Kanal G ilk dəfə Giresun şəhərində fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR