Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiyada təyyarə qəzaya uğrayıb
# 30 mart 2016 08:08 (UTC +04:00)

Bakı - APA. Rusiyada SU-25 təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən (MN) bildirilib ki, qəza martın 30-da hücum təyyarəsi təlim uçuşları yerinə yetirərkən baş verib.

Təyyarə Şərq Hərbi Dairəsinin Çerniqovka aerodromuna eniş edərkən qəzaya uğrayıb.

"Təyyarəçi katapult edib, onun sağlamlığına təhlükə yoxdur. Uçuş döyüş komplektləri olmadan həyata keçirilirmiş. Yerdə də hər hansı dağıntı və ölüm halı baş verməyib", - deyə MN-dən bildirilib.

İlkin məlumata görə, qəzaya təyyarənin mühərriklərinin sıradan çıxması səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR