Bu gün Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü keçiriləcək

Bu gün Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü keçiriləcək
# 27 yanvar 2016 06:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun görüşü keçiriləcək.

APA-nın məlumatına görə, iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov iştirak edəcək. Görüş iki gün davam edəcək.

Görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər və sammitə hazırlıq müzakirə olunacaq.

Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair sammitin bu il Astanada keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR