“Atletiko” “Lans”ın səhmlərini alır

“Atletiko” “Lans”ın səhmlərini alır
# 20 may 2016 07:56 (UTC +04:00)

Bakı – APA. Fransanın “Lans” klubu satılır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sabiq komandasına artıq müştəri də tapılıb.

Belə ki, Madrid “Atletiko”su Fransa klubunun səhmlərini almaq fikrindədi. Hafiz Məmmədovdan alındıqdan sonra sahibsiz qalan “Lans”ın səhmlərinə madridlilər Lüksemburqun “Solferino” şirkəti ilə birlikdə sahib çıxmaq fikrindədilər. “Atletiko” rəhbərliyi “Lans”a klubun ehtiyat qüvvəsi gözü ilə baxır.

Qeyd edək ki, “Lans” 2015-16 mövsümündə Liqa 2-ni turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR