Dövlət büdcəsinin kəsiri 119 mln. manat azalıb

Dövlət büdcəsinin kəsiri 119 mln. manat azalıb
# 16 sentyabr 2016 09:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 8 mlrd. 281,5 mln. manat vəsait daxil olub, büdcədən 9 mlrd. 348,5 mln. manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, büdcənin icrasında yaranmış 1 mlrd. 67 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.

Xatırladaq ki, yanvar-iyul aylarında dövlət büdcəsinə 7 mlrd. 7,5 mln. manat vəsait daxil olub, büdcədən 8 mlrd. 193,5 mln. manat vəsait xərclənib, büdcənin icrasında 1 mlrd. 186 mln. manatlıq kəsir yaranıb. Kəsir ümumi daxili məhsulun 3,7%-i səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR