Rusiyada on İŞİD üzvü öldürülüb

Rusiyada on İŞİD üzvü öldürülüb
# 22 noyabr 2015 09:53 (UTC +04:00)

Bakı – APA. Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

APA-nın “Rossiyskaya qazeta”ya istinadın verdiyi məlumata görə, öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.

Onların kimliyi müəyyənləşdirilir.

Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR